Xəzər Xəbər

Mütəxəssis: Bəzən qadında olan şişi aşkarlamaq üçün 10 il vaxt lazımdır

Cəmiyyət | 15:45 • 26 Oktyabr 2022
Mütəxəssis: Bəzən qadında olan şişi aşkarlamaq üçün 10 il vaxt lazımdır

Süd vəzi xərçənginin yaranma səbəbləri ilə bağlı konkret faktlar yoxdur, lakin bir sıra mülahizələr var.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı mütəxəssis-ekspert, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.

Mütəxəssis qeyd edib ki, xəstəliyin yaranma səbəbləri arasında ən birinci irsi faktordur: “Əksər hallarda irsi genetik faktorlar nəticəsində süd vəzi xərçənginin aşkarlandığı müşahidə edilir. Digər bir faktor viruslardır. Onkoviruslar (şiş virusları) var ki, onlar bu xəstəliyin yaranmasına səbəb ola bilər. Eyni zamanda yaş faktorunun da təsiri böyükdür. İnsan yaşlandıqca, süd vəzi xərçənginin yaranması ehtimalı artır. Bununla yanaşı, qadın orqanizmində hormonal dəyişikliklər tez-tez olduğu üçün onlarda bu xəstəliyin yaranma riski daha yüksəkdir. Bundan başqa, artıq çəki, hərəkətsizlik, zərərli qidalar, radiasiya və digər hallar buna səbəb olan əsas faktorlar arasındadır".

H.Vəliyeva bildirib ki, bəzən qadında olan şişi aşkarlamaq üçün 10 il vaxt lazımdır: "Çünki çox kiçik olur və ilkin vaxtlarda heç bir ağrı olmur".

Xəbər lenti