Xəzər Xəbər

Sumqayıtda reyd: qaydaları pozan sürücü və piyadalar cərimələnib FOTO

Cəmiyyət | 14:42 • 26 Oktyabr 2022
Sumqayıtda reyd: qaydaları pozan sürücü və piyadalar cərimələnib

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaq, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokollar tərtib olunub.

Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polislər əməkdaşlar tərəfindən müəyyənləşdirilərək barələrində müvafiq tədbirlər görülüb.

Sumqayıt şəhəri ərazisində piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə belə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Qeyd edək ki, sonuncu reyd zamanı 20-ə yaxın piyada, 30-dan çox sürücü cərimələnib.

Xəbər lenti

Çox oxunanlar