Xəzər Xəbər

Direktorların işə qəbul üzrə müsabiqənin nəticələri açıqlandı

Cəmiyyət | 16:33 • 25 Oktyabr 2022
Direktorların işə qəbul üzrə müsabiqənin nəticələri açıqlandı

Yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, iyul ayından etibarən başlayan müsabiqənin test imtahanı mərhələsində namizədlərin test və əmək qanunvericiliyi üzrə bilikləri, tənqidi oxu bacarığı və məntiqi təfəkkürü yoxlanılıb.

Müsahibə mərhələsində namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndirilib.

Müsabiqədə iştirak üçün 1962 namizəd müraciət edib, onlardan 261 nəfəri uğur qazanaraq direktor vəzifəsinə təyin olunub.

Xəbər lenti

Çox oxunanlar