Xəzər Xəbər

Qripdən necə qorunaq? - İnfeksionistdən məsləhətlər

Cəmiyyət | 18:33 • 24 Oktyabr 2022
Qripdən necə qorunaq? - İnfeksionistdən məsləhətlər

Xəbər verdiyimiz kimi, səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq “2022-2023-cü ilin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji gücləndirilməsi məqsədilə” əmr imzalayıb. 

Mövzu ilə bağlı danışan infeksionist Mərdan Əliyev bildirdi ki, havaların birdən-birə dəyişməsi qrip kimi xəstəliklərin artmasına səbəb olur:

“Payız mövsumu artıq başlayıb. Bu mövsüm də qripin mövsümüdür. Yəni bu vaxtlar qrip xəstəliyi daha çox yayılır. Günəşin aktivliyinin azalması, insanların evlərə çəkilməsi, havanın soyumasıyla bağlı olaraq evlərdə havalanmanın az olması, immun sistemində zəiflik, isti havanın birdən-birə soyuq havaya keçməsi insan orqanizminə təsir göstərən faktrlardır. Bu da qrip kimi xəstəliklərin artmasına səbəb olur. Biz bütün xəstəliklərə qrip deyirik, bu amma kəskin respirator virus infeksiyalarıdır. Bunların içində yalnız bir virus var, bu da ən ağır keçən qripdir və ağırlaşma daha çox olanıdır. Amma digərləri yüngül keçir, qızıdırma vermir, sadəcə boğaz ağrısı, zökəm əlamətləri olur. 200-ə qədər virus var.”

İnfeksionist qripdən qorunmağın yollarını da qeyd etdi:

“Havalar soyuq olsa da, gündə iki dəfə səhər-axşam olmaqla evləri havalandırmaq lazımdır. Havaların soyumasına bağlı olaraq orqanizm adaptasiya oluna bilmir. İsti havadan soyuq havaya keçir və keçid dövründə qalın geyinmək lazımdır ki, soyuq pis təsir göstərməsin. Digər tərəfdən günəşli havalarda bir az daha çox olmaq lazımdır. Meyvə-tərəvəz kimi vitaminli qidalardan çox istifadə etmək lazımdır. Bilirik ki, payız mövsümündə meyvə-tərəvəzin də mövsümü deyil, yalnız tərəvəzlərdən göyərti istifadə etmək olar. Yəni mövsümi meyvə-tərəvəzdən hansı varsa, mütləq istifadə etmək lazımdır ki, immun sistemi yaxşı olsun. Qidalanmaya da fikir vermək lazımdır. Bol maye, xüsusən də, bu havalarda isti çay içmək lazımdır"./Redaktor.az

Xəbər lenti

Çox oxunanlar