Xəzər Xəbər

Avtobuslar üçün xüsusi zolaqlar çəkilir: Tıxac aradan qalxacaq?

Cəmiyyət | 16:51 • 24 Oktyabr 2022
Avtobuslar üçün xüsusi zolaqlar çəkilir: Tıxac aradan qalxacaq?

"Gələcəkdə Bakıda yaradılan avtobus zolaqlarından xüsusi təyinatlı nəqliyyat vasitələri, eyni zamanda, təcili tibbi yardım, yanğından mühafizə xidmətinin nəqliyyat vasitələri istifadə edəcəklər".

Bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyəti Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov deyib.

Onun sözlərinə görə, Bakıda xüsusi nəqliyyat zolaqlarının yaradılması ilə marşrutlar sərnişinlərin vaxtında və təhlükəsiz şəkildə ünvana çatdırılmasını təmin edəcək.

Qurum rəsmisi bildirib ki, sərnişindaşımada səmərəliliyin artırılması üçün Ziya Bünyadov prospektindən avtobuslar üçün xüsusi zolaqların çəkilməsi işlərinə başlanılıb:

“Zolağın başlanğıc hissəsi Gəncə prosopekti, Məhəmməd Hadi, Qara Qarayev prospekti və davamı olaraq Ziya Bünyadov, Moskva prospektləri və Avtovağzal istiqamətində xətlənmə işləri həyata keçiriləcək. Dəhliz yaradıldıqdan sonra bu istiqamətdə fəaliyyət göstərən marşrutlar sərnişinlərin vaxtında və təhlükəsiz şəkildə ünvana çatdırılmasını təmin edəcəklər”./Cebhe.info

Xəbər lenti