Xəzər Xəbər

TƏBİB: Vərəm sağalan xəstəlikdir

Cəmiyyət | 12:46 • 24 Oktyabr 2022
TƏBİB: Vərəm sağalan xəstəlikdir

Vərəm mikobakteriya tərəfindən yaranır və yoluxucu xəstəlikdir. Bu xəstəlik insanın bütün orqanlarını zədələyə bilər, lakin ən geniş yayılan forması ağciyər vərəmidir. Ağciyər vərəmi həm xəstənin özü, həm də onun ətrafında olan insanlar üçün təhlükəlidir. Belə ki, mikobakteriyalar xəstə insan danışdıqda, asqırdıqda və ya öskürdükdə hava vasitəsilə sağlam insanlara ötürülür.

Xezerxeber.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, vərəm xəstəliyinin yayılması 95 faiz hallarda hava damcı yolu ilə xəstə insanın asqırması, öskürməsi, tənəffüsü zamanı ətrafa yayılan hava damcılarının sağlam insanın tənəffüs yollarına düşməsi zamanı yaranır. Orqanizmin immun sisteminin zəifləməsi bu xəstəliyik üçün şərait yaradır. Hava-damcı yolu ilə yayılan xəstəlik insan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və digər üsullara daxil olur.

Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilir. Ona görə də xəstəliyə qab-qacaq, pal-paltar, dəsmal və digər məişət təması nəticəsində yoluxmaq mümkündür.

Eyni zamanda, vərəm sağalan xəstəlikdir. Yuxarıda qeyd edilən simptomları olan xəstələrin mütəxəssisə müraciət etməyi tövsiyə olunur.

Xəbər lenti

Çox oxunanlar