Xəzər Xəbər

17 il sonsuzluq sonrası 38 yaşlı qadın ana olub FOTO

Cəmiyyət | 11:07 • 24 Oktyabr 2022
17 il sonsuzluq sonrası 38 yaşlı qadın ana olub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 38 yaşlı qadın 17 il sonsuzluq sonrası ana olub.

Xezerxeber.az Elmi-Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, pasiyent müayinə və müalicə ilə bağlı müəssisənin mama-ginekoloqu Gülnarə Əzimovaya müraciət edib. Həkim tərəfindən qadına sonsuzluq zamanı istifadə olunan ən vacib müayinə metodu sayılan histerosalpinqoqrafiya icra olunub.

G.Əzimova tərəfindən aparılan müalicə nəticəsində qadında 17 il sonra hamiləlik olub. G.Əzimovanın nəzarəti ilə çətin keçən 9 aylıq period sağlam şəkildə sonlanıb, uğurla icra olunan qeysəriyyə kəsiyi əməliyyatı ilə qadın övladına qovuşub.

Xəbər lenti

Çox oxunanlar