Xəzər Xəbər

ƏHALİNİN DİQQƏTİNƏ: Bu qaydaları pozan şəxslər CƏRİMƏLƏNƏCƏK

“Azəriqaz” qayda pozuntuları zamanı cəza tədbirlərinin müəyyənləşdirilməsində yeni qaydalar hazırlayır
Cəmiyyət | 12:53 • 22 Oktyabr 2022
ƏHALİNİN DİQQƏTİNƏ: Bu qaydaları pozan şəxslər CƏRİMƏLƏNƏCƏK

SOCAR ailəsi olaraq bizim məqsədimiz vətəndaşların cəzalandırılması deyil, qayda pozuntularının qarşısının alınmasıdır.

“Azəriqaz” İB-dən Xezerxeber.az-a bildirilib ki, bu sözləri Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

O bildirib ki, qayda pozuntuları ilə bağlı cəza tədbirlərinin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar hazırlanır: “Milli Məclisdə bu istiqamətdə danışıqlar gedir. Zərurət olduğu halda bizim əməkdaşlar da həmin müzakirələrdə iştirak edir. Məqsədimiz hazırlanan layihə çərçivəsindən abonentlərin cərimələnməsi deyil, abonentlər tərəfindən qayda pozuntularına yol verilməsin. Çünki Birlik əməkdaşları kimi vətəndaşlar da öz məsuliyyətlərini bilməli və öhdəliklərini yerinə yetirməlidir. Hazırlanan qaydaların noyabrın 1-dən qüvvəyə minməsi gözlənilir. Bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Xəbər lenti

Çox oxunanlar