Xəzər Xəbər

COVID-19-a yeni yoluxanların sayı açıqlanıb

Cəmiyyət | 19:14 • 21 Oktyabr 2022
COVID-19-a yeni yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. 

Azərbaycanda indiyədək ümumilikdə 822 852 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 544 nəfər müalicə olunaraq sağalıb, 9 935 nəfər vəfat edib, aktiv xəstə sayı 373 nəfərdir.

Ölkədə son sutka ərzində 1 962, hazırkı dövrədək isə 7 301 286 test aparılıb.

Xəbər lenti