Son günlər şagird, tələbə və gənclərin məktəbdə, iş yerində qəfil ölməsi, yatıb yuxudan oyanmaması kimi ölüm halları artıb.
XəzərXəbər medicina-ya istinadən xəbər verir ki, kardioloq, professor Yana Qabinskiy gənc ölümlərinin səbəbini açıqlayıb.
"Bizə də ömründə ürək şikayəti olmayan, idmanla məşğul olan, 30-35 yaşlı gənc kişilər ilk ürək tutması ilə gətirilir.
Onları heç bir ağrı narahat etməyib, birdən infarkt. Amma dərindən yoxladıqda görürük ki,koronar damarlarda azı 2-3 ildir problem var, lakin heç bir simptom verməyib.
Yüzlərlə gənc var ki, ürəyindəki problemdən xəbəri yoxdur. Minlərlə insan hələ ürək-damar sistemi yoxlanmayıb.
Çox gizli gedən və təsir edən faktorlar var. Genetik amillər, metobolik problemlər, qanda xolesterin, şəkər, zərərli qidalanma.
Gənclər daha çox karbohidratla qidalanır, şirniyyat, kofein, fast-food. Bu qidalar damar divarları üçün toksikidir.
Gənclərə tövsiyə edirəm ki, idman və dieta ilə yanaşı, professional kardioloq baxışından ildə bir dəfə keçsinlər. O zaman qəfil kritik hala hazır olarlar.
60% insanlar, o cümlədən gənclər qan dövranı sistemindəki problemlərdən ölür: ya qəfil ölüm baş verir, ya da xəstəxanaya çatmadan vəfat edir. Gənclərdə qəfil ölüm yaşlılardan çoxdur.
Ona görə onlar da yoxlanmalı və bir az ağrı hiss edən kimi təcili xəstəxanaya çatdırılmalıdırlar".