Xəzər Xəbər

DİQQƏT! Əhaliyə qəti XƏBƏRDARLIQ EDİLDİ - Bu tarixdən...

Cəmiyyət | 17:27 • 20 Oktyabr 2022
DİQQƏT! Əhaliyə qəti XƏBƏRDARLIQ EDİLDİ - Bu tarixdən...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən XəzərXəbər-ə bildirilib ki, oktyabrın 21-i səhərdən 22-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, gündüz arabir 23-28 metrə, yarımadanın bəzi yerlərində arabir 30 metrə çatacaq. Oktyabrın 21-i axşam, 22-si günün birinci yarısında və 23-ü axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək.

Məlumata görə, oktyabrın 21-i Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 23-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, oktyabrın 20-si axşamdan 22-dək sürəti 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 28-33 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.

Xəbər lenti

Çox oxunanlar