Xəzər Xəbər

Bağçada çalışmaq istəyənlərin NƏZƏRİNƏ: 28 oktyabr tarixinədək...

Cəmiyyət | 15:50 • 20 Oktyabr 2022
Bağçada çalışmaq istəyənlərin NƏZƏRİNƏ: 28 oktyabr tarixinədək...
Oktyabrın 19-dan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
 
Elm və Təhsil Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, müsahibələrə 775 nəfər dəvət edilib.
 
28 oktyabr tarixinədək davam edəcək müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Xəbər lenti

Çox oxunanlar