Xəzər Xəbər

Bu il narkotiklə bağlı 6249 nəfər cinayət məsuliyyətinə cəlb edilib

8694 cinayət faktı aşkarlanıb
Cəmiyyət | 10:22 • 20 Oktyabr 2022
Bu il narkotiklə bağlı 6249 nəfər cinayət məsuliyyətinə cəlb edilib

2022-ci ilin 9 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8694 cinayət faktı aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından məlumat yayıb.

Bildirilib ki, onlardan 2941-i narkotik vasitələrin qanunsuz satışı, 5286-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 387-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 80-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 827 kq 532,775 qr və 32918 həb, 524 ədəd narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 963 kq 632,152 qr-nı heroin, 1 ton 706 kq 517,599 qr-nı marixuana, 268 kq 584,935 qr-nı tiryək, 27 kq 785,044 qr-nı həşiş, 260,95 qr-nı kokain, 130 kq 847,843 qr-nı və 32918 həb digər narkotik vasitələr və 729 kq 904,252 qr və 524 ədəd psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1 kq 485,4 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 79853 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Bu ilin 9 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6249 nəfər cəlb edilib ki, onlardanda 6079-u kişi, 170-i qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 74 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilən 74 xarici ölkə vətəndaşından 36-sı İran, 8-i Gürcüstan, 10-u Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna , 1-i Maldiv və 13-ü Rusiya vətəndaşı olub.

Xəbər lenti

Çox oxunanlar