Xəzər Xəbər

Bağçalara işə qəbul üçün müsahibə mərhələsinə başlanılıb

Cəmiyyət | 15:50 • 19 Oktyabr 2022
Bağçalara işə qəbul üçün müsahibə mərhələsinə başlanılıb

Oktyabrın 19-dan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlanılıb.

Xezerxeber.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsahibələrə 775 nəfər dəvət edilib.

28 oktyabr tarixinədək davam edəcək müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq. 

Qeyd edək ki, namizədlər müsahibədən öncə psixoloji testə cəlb olunurlar.

Xəbər lenti