Xəzər Xəbər

Ermənilər Qərbi Zəngəzurdakı evlərini kütləvi şəkildə SATIŞA ÇIXARIR

Cəmiyyət | 15:33 • 19 Oktyabr 2022
Ermənilər Qərbi Zəngəzurdakı evlərini kütləvi şəkildə SATIŞA ÇIXARIR

“Qərbi Zəngəzurda yaşayan ermənilər növbəti dəfə daşınmaz əmlaklarını satışa çıxarıblar”.

XəzərXəbər  bildirir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, sözügedən ermənilər həm də əmlaklarının qiymətlərini endiriblər:

“44 günlük Vətən müharibəsindən bu günə qədər o ərazilərdə artıq dördüncü dəfədir,  qiymət enmələri və əmlakların kütləvi satışa çıxarılma prosesi müşahidə olunur. Üstəlik,  Qərbi Zəngəzurda daşınmaz əmlakların qiymətləri 2 il ərzində dəfələrlə ucuzlaşıb. Buna baxmayaraq heç bir satış prosesi gerçəkləşmir”.

Ekspert qeyd edib ki, daşınmaz əmlakların qiymətləri ensə də, heç kim o ərazilərə sərmayə yatırmaq istəmir: “Çünki hər kəs yaxşı bilir ki, ən qısa zamanda o torpaqlar öz sahiblərinə qovuşacaq”.

 

 

Xəbər lenti