Xəzər Xəbər

Bu il əməkhaqqı fondu xeyli artıb

Əmək müqavilələrinin sayında artım davam edir
Cəmiyyət | 14:53 • 19 Oktyabr 2022
Bu il əməkhaqqı fondu xeyli artıb

Ölkəmizdə ardıcıl sosial islahatların mühüm istiqaməti olan əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım dinamikası əməkhaqqı fondunun da artımı ilə nəticələnir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən xəbərə görə, 2022-ci ilin yanvar-sentyabr aylarında da əməkhaqqı fondunda 16 faiz (o cümlədən dövlət sektoru üzrə 17 faiz, özəl sektoru üzrə 15 faiz) artım qeydə alınıb.

Ümumilikdə son 4 ildə illik əməkhaqqı fondu 2,2 dəfə artıb.

Xəbər lenti

Çox oxunanlar