Xəzər Xəbər

Rəfdə bir qiymət, kassada başqa - Fırıldaq, yoxsa..?

Cəmiyyət | 16:47 • 18 Oktyabr 2022
Rəfdə bir qiymət, kassada başqa - Fırıldaq, yoxsa..?

Ölkədə ərzaq və qeyri-ərzaq məhsulları bahalaşmaqda davam edir. Supermarket və ərzaq mağazalarında hər dəfə fərqli qiymətlərlə rastlaşırıq. Məsələnin digər tərəfi isə odur ki, əksər supermarketlərdə məhsulun qiyməti piştaxtada aşağı göstərilir, kassaya yaxınlaşanda isə baha qiymət deyilir. Bəzi supermarketlərdə bu hal dəfələrlə təkrarlanıb.

Belə hallar marketlərin fırıldağıdır, yoxsa mağaza işçilərinin səhvindən irəli gəlir?

İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, əlavə dəyər vergisi kassada hesablandığına görə əksər məhsulların qiymətində bu hal yaşanır:

"Bu, əslində fırıldaq deyil. Bir çox marketlər, qanunvericiliyə uyğun olaraq, əlavə dəyər vergisini kassada hesablayır. Məsələn, 5 manata olan məhsul əlavə dəyər vergisi 18 faizdir, bu da təqribən 90 qəpik edir. Kassaya yaxınlaşanda bu zaman 5 manat 90 qəpik göstərir. Marketlərin reklam kimi bundan istifadə etməsi mümkündür və bu, qanun pozuntusu deyil. Ona görə də düşünmürəm ki, burada bir fırıldaqdan söhbət gedir. Məsələ bundadır ki, əlavə dəyər vergisi çox yüksəkdir və bütün marketlər də əlavə dəyər vergisi öhdəçisidirlər. İstər-istəməz bu 18 faiz hər dəfə kassada aldığımız ərzaq məhsullarının üzərinə gəlir"./big.az

Xəbər lenti