Xəzər Xəbər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və DİN birgə məlumat yayıb

Cəmiyyət | 10:22 • 18 Oktyabr 2022
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və DİN birgə məlumat yayıb

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda deyilir: “Çoxsaylı müraciətləri nəzərə alaraq bildirir ki, 2022-ci il sentyabrın 21-dən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatda olan muxtar respublika sakinlərinin istifadə müddəti bitmiş,itirilmiş yaxud da istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhəri, Rəşid Behbudov küçəsi 130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan MR Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenilənməsi prosesi 2022-ci il noyabrın 5-dək uzadılıb. Tel:(012) 590-64-43,590-64-31”.

Xəbər lenti

Çox oxunanlar