Xəzər Xəbər

Bu rayona qar yağdı - FAKTİKİ HAVA

Cəmiyyət | 14:13 • 17 Oktyabr 2022
Bu rayona qar yağdı - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 15-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Oğuz rayonu 2000 metr yüksəkliyə isə qar yağıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağışın miqdarı: Gədəbəy, Şərur, Şahbuz, Sədərək, Oğuz, Daşkəsən, Naxçıvan, Ağdərə (Ordubad), Gədəbəy, Quba, Salyan, Culfa, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Ağsu, Qrız, Şahdağ, Bərdə, Beyləqan, Neftçala, Mingəçevir, İmişli, Sabirabad, Cəfərxan, Yardımlıda 1.0-7.0 mm-dək olub.

Oktyabrın 16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17°, gündüz 21-23° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağacağı gözlənilir. Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-23°, dağlarda gecə 2-6° isti, gündüz 6-9° isti olacaq.

Xəbər lenti

Çox oxunanlar