Xəzər Xəbər

Elm və Təhsil Nazirliyi YENİ MƏLUMAT YAYDI - Bu gün saat 11:00-dan etibarən...

Cəmiyyət | 09:37 • 17 Oktyabr 2022
Elm və Təhsil Nazirliyi YENİ MƏLUMAT YAYDI - Bu gün saat 11:00-dan etibarən...

Oktyabrın 17-si saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

Bu barədə XəzərXəbər-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, sentyabrın 5-də şagird yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Xəbər lenti

Çox oxunanlar