Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
6. Babək prospekti, mərkəz istiqamətində;
7. Abdulvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Zərifə Əliyeva küçəsində;
10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
12. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
13 Babək prospekti, mərkəz istiqamətində;
14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
15. “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.