Tibb elmləri doktoru Oleq Abakumov “Vesti Podmoskovye”yə valideynlərin tez-tez soyuqdəymə əlamətləri olan uşaqlarına verdiyi təhlükəli dərmanlardan danışıb.
Mütəxəssisin fikrincə, tamamilə qlükoza və şəkərdən ibarət olan, lakin çox bahalı olan “Oscillococcinum” uşaqlara verilməməlidir. Və bu dərmanın effektivliyi sübut edilməyib, bəzi mənbələr hətta onu saxta adlandırırlar.
“Ancaq təbii ki, ananın bundan xəbəri yoxdur. O, körpəyə antiviral dərman verir”, - həkim əlavə edib.
Həmçinin həkim məşhur “Kagocel”dən istifadə etməməyi şiddətlə tövsiyə edir. Abakumovun sözlərinə görə, bu dərman Çində kişilər üçün oral kontraseptiv kimi istifadə edilir və ondan istifadə gələcəkdə sonsuzluğa səbəb ola bilər. Üstəlik soyuqdəyməyə qarşı dərmanın effektivliyi mübahisəlidir, çünki bir çox yan təsirlərə malikdir.
“Anaferon” isə aktiv maddələrinə görə siyahıya daxil edilib, bədəndə viruslarla mübarizə aparan interferon qamma antikorları öldürür. Eyni vəziyyət bir çoxunun uşaqlıqda müalicə olunduğu “Analgin”ə də aiddir. O, viruslarla mübarizə üçün nəzərdə tutulmuş hüceyrələri məhv edə bilir və bu dərman bir çox ölkələrdə qadağandır. Siyahıda sonuncu yeri bakterial lizatların fəaliyyətindən məsul olan “Broncho-munal” tutur. Onun təsiri hələ də tam öyrənilməyib, ancaq dərman çox geniş şəkildə reklam olunur./publika.az