Xəzər Xəbər

"Şəhid bacısı" adı ilə pul yığan oğlan ifşa edildi FOTO

Cəmiyyət | 16:18 • 21 Sentyabr 2022
"Şəhid bacısı" adı ilə pul yığan oğlan ifşa edildi

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.

O, törətdiyi əməli etiraf edib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti