Xəzər Xəbər

Şadlıq sarayları qiymətləri artırdı

Sentyabrın sonuna doğru daha yüksək qiymət artımları gözlənilir
Cəmiyyət | 10:28 • 12 Sentyabr 2022
Şadlıq sarayları qiymətləri artırdı

Avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 74.0 % azalıb.

Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, sifarişlərin azalması Məhərrəm ayının başlaması ilə əlaqələndirilir. Yeni mövsüm üçün təklif edilən menyulara əsasən, şadlıq saraylarının qiymətlərində 9 faiz artım qeydə alınıb. Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb: 11 faiz. Sentyabrın sonuna doğru daha yüksək qiymət artımları gözlənilir.

Xəbər lenti