Xəzər Xəbər

Daha bir qrup şəhid ailəsi üzvü və əlilliyi olan şəxs müalicə mərkəzlərinə yola salınıb FOTO

Cəmiyyət | 17:16 • 1 Sentyabr 2022
Daha bir qrup şəhid ailəsi üzvü və əlilliyi olan şəxs müalicə mərkəzlərinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 43 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Nazirlikdən xezerxeber.az-a verilən xəbərə görə, onlar şəhid ailəsi üzvləri və əlilliyi olan şəxslərdir. 18 yaşınadək əlilliyi olan şəxslər valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Yollayışla təmin olunanlar Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə kursu keçəcəklər.

Agentlik tərəfindən postmüharibə dövründə 6 minə yaxın imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Onlardan mühüm bir hissəsi şəhid ailəsi üzvləri və müharibə veteranlarıdır.

 

Xəbər lenti

Çox oxunanlar