Təhsil Tələbə Krediti Fondu standart tələbə krediti üçün tələb olunan balı aşağı salıb.
Bu barədə xezerxeber.az-a Təhsil Tələbə Krediti Fondundan xəbər verilib.
Bildirilib ki, Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının 31 avqust tarixində keçirilən iclasında qəbul olunmuş qərara əsasən, 1-ci kurs tələbələrin ilk semestrdə standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddi 250 olaraq müəyyən edilib.
Qəbul balı yalnız I kursun birinci semestri üçün keçərlidir. Növbəti semestrdən tələbənin qəbul balı deyil, tələbənin ÜOMG balı nəzərə alınacaq. Sosial TTK almaq üçün heç isə bir bal limiti yoxdur.
Qeyd edək ki, bu vaxta qədər tələbə qəbulu imtahanında toplanan ümumi balın aşağı həddi 300 bal idi.