Xəzər Xəbər

Mədəniyyət Nazirliyindən Xalq artistinin müalicəsi ilə bağlı - Açıqlama

Cəmiyyət | 15:47 • 1 Sentyabr 2022
Mədəniyyət Nazirliyindən Xalq artistinin müalicəsi ilə bağlı - Açıqlama

Mədəniyyət Nazirliyi Xalq aristi Ənvər Həsənovun müalicəsi ilə bağlı açıqlama verib.

Qurumdan bildirilib ki, Mədəniyyət Nazirliyi görkəmli aktyor Ənvər Həsənovun səhhətində yaranmış problemlə bağlı onun ailə üzvləri ilə mütəmadi olaraq əlaqə saxlayır:

“Nazirlik tərəfindən sevilən aktyorumuzun müalicəsi ilə bağlı lazımi tədbirlər görülür”.

Qeyd edək ki, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. Onun müalicəsi TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam etdirilir. TƏBİB-in son açıqlamasına görə, hazırda aktyorun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir. (Qafqazinfo)

Xəbər lenti

Çox oxunanlar