Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4223 nəfər müraciət edib. Bu gün saat 14:55-dək olan məlumata görə, 311 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.