"Xüsusi təyinatlı ali təhsil müəssisələrinə maraq artıb".
Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.
O qeyd edib ki, III qrupa imtahan verən istedadlı gənclər həmin məktəbləri seçirlər: "Orada əsas kontingent 500 baldan yuxarı nəticə göstərən oğlanlardır. Heç kimi hansısa ixtisasa məcburi göndərmək olmaz. Onlar öz sahələrini istəyərək seçirlər. Ali hərbi məktəblərdə də oxumaq istəyən kifayət qədər yüksək bal toplamış abituriyentlər var. Bu cür vacib ixtisaslara savadlı insanların maraq göstərməsi müsbət haldır".