"Bu il təxminən 4900 subbakalavr ali məktəbə qəbul olub".
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, bu il subbakalavrların qəbul göstəricisi əvvəlki illə müqayisədə az olub: "Keçən il bu rəqəm təxminən 5300 idi. Bu il qəbul göstəricisi nisbətən azdır. Amma ikinci yerləşdirmədə onların şansları yenə də var. Müvafiq ixtisasları seçərək müsabiqədə iştirak edə bilərlər".