Xəzər Xəbər

Hər səhər bir stəkan limonlu su içmək immuniteti gücləndirir

Cəmiyyət | 13:12 • 1 Sentyabr 2022
Hər səhər bir stəkan limonlu su içmək immuniteti gücləndirir

Limon yüksək qidalılıq, dietik və müalicəvi əhəmiyyətə malikdir. Susuzluğu yatırdığına görə ondan hazırlanan içkilər limonad və ya sitro adlanır. Ümumiyyətlə, limonun tərkibi kimyəvi cəhətdən çox zəngindir.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə Dövlət Aqrar Universitetinin dosenti Hüseyn İdrisov deyib.

O bildirib ki, limon sinqa, tənəffüs yollarının xəstəliyi, mədə-bağırsaq xəstəlikləri zamanı, podaqra, əzələ revmatizmi, angina, südəmər körpələrdə mədə həzminin pozğunluğu və bir sıra başqa xəstəliklər zamanı geniş istifadə edilir. Meyvələrin qabığından alınan efir yağları ətriyyat istehsalında və təbabətdə işlənir. Efir yağı müxtəlif meningit, qarın yatalağı xəstəlikləri törədən mikroorqanizmlərə qarşı güclü antibiotikdir.

“Bir fincan limonlu çay orqanizmi isidir, əhval-ruhiyyəni yaxşılaşdırır və infeksiyalara qarşı müqaviməti gücləndirir. Hər səhər bir stəkan limonlu ilıq su içmək enerji verir, immuniteti gücləndirir, artıq çəkidən azad olmağa kömək edir. Limon soyuqdəymə xəstəliklərinə qarşı əla profilaktiki vasitə sayılır. İmmunitet sistemini möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Təsadüfi deyil ki, soyuqdəyməyə qarşı bir sıra dərman preparatlarının tərkibində limon turşusu olur. Limonun müalicəvi keyfiyyəti onun antiseptik təsirində də özünü büruzə verir. Limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə malikdir, eyni zamanda, mikrobları öldürür,” - deyə H.İdrisov bildirib.

Həmçinin mütəxəssis sitrus meyvələrinə qarşı allergiyası olan, böyrək xəstəliyindən əziyyət çəkən, hamilə qadınlar və körpəsinə süd verən analara, 3 yaşına qədər uşaqlara limondan istifadə etməyi məsləhət görmədiyini də diqqətə çatdırıb.

Xəbər lenti

Çox oxunanlar