"Bu il 48 mindən çox gənc ali məktəblərin tələbəsi adını qazanıb. Onları təbrik edirəm".
Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM rəhbərinin sözlərinə görə, bu il riyaziyyat ixtisasında keçid balı BDU-nun Hüquq fakültəsindən yüksək olub: "Builki imtahanların nəticələri göstərir ki, savadlı, istedadlı gənclər müəllimliyə can atırlar. Bu il ilk dəfə idi ki, riyaziyyat müəllimliyinin keçid balı Hüquqşünaslıq ixtisasından yüksək olub. Yüksək bal toplayan istedadlı gənclər müəllimliyə can atır. Bu o deməkdir ki, gələcəkdə savadlı müəllimlərimizin sayı çox olacaq. Riyaziyyat və ana dilinin tədrisi məktəbdə nə qədər güclü olarsa, uşaqların bilik səviyyələri digər fənnlər üzrə də bir o qədər çox olar".