Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün test imtahanına qeydiyyat başa çatır.
Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a bildirilib ki, namizədlərin qeydiyyatı DİM-in internet portalında sentyabrın 1-i saat 17:00-dək davam edəcək. Bu gün saat 09:00-dək olan məlumata görə 293 (AB - 8, AC - 19, BA - 76, BB - 190) nəfər qeydiyyatdan keçib.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında aşağıdakı kateqoriyalara aid şəxslər iştirak edə bilərlər:
- Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş,inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.