Xəzər Xəbər

Laçınla bağlı FAKTLAR: ermənilər yenə İFŞA OLDU

Cəmiyyət | 16:10 • 18 Avqust 2022
Laçınla bağlı FAKTLAR: ermənilər yenə İFŞA OLDU

“Bəzi xarici kütləvi informasiya vasitələrində 2013-cü ildən sonra Yaxın Şərqdən gətirilərək Laçın şəhərində qeyri-leqal məskunlaşdırılmış erməni ailələrinin evlərini tərk etməsi az qala faciə kimi təqdim edilir. Reallıqda isə Laçın şəhəri öz tarixi və doğma sakinlərini qarşılamağa hazırlaşır. Unutmayaq ki, qeyri-leqal məskunlaşma hətta BMT konvensiyaları ilə də qadağan edilir”.

Xezerxeber.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, əgər kimlərsə respublikaların keçmiş statistikalarına inanmırlarsa, o zaman keçmiş SSRİ dövründəki əhalinin siyahıya alınması ilə bağlı rəqəmlərə diqqət yetirsinlər:

“Rusiya mənbələrində 1959-ci ildən sonrakı illərdə siyahıya alma ilə bağlı məlumatlar hələ də saxlanılır. Keçmiş SSRİ dövründə aparılan əhalinin siyahıya alınması və etnik tərkibləri bütün reallıqları göstərir. 1959-cu il siyahıya alınması: Laçın rayonunun cəmi əhalisi 24.734 nəfər olub və onların 24.466 nəfəri Azərbaycanlılar idi (98.9%). 1970-ci il siyahıya almasında cəmi əhali 35.642 nəfər, azərbaycanlıların sayı 33.186 (93.1%), kürdlər 2.125, ermənilər cəmi 72 nəfər göstərilir. 1970-ci il siyahıya alınmasında cəmi əhali 63.162 nəfər, azərbaycanlıların sayı 58.058 (95.6%), kürdlər 2.437, ermənilər cəmi 34 nəfər olub. Keçmiş sovet dövründə də azərbaycanlılar ilə kürdlər bir ailə kimi yaşayıblar. Ermənilərin isə ümumi əhalinin tərkibində çəkisi heç zaman hətta 1 faizə belə çata bilməyib.

Bütün bunlar qədim Azərbaycan torpağında 30 illik işğal müddətində ermənilərin qeyri-qanuni yerləşdirilməsini bir daha təsdiq etmirmi? Hətta orada yerləşdirilən ermənilər də məhz son illər Laçın şəhərində məskunlaşdırıldıqlarını etiraf edirlər. Bəs, bəzi xarici mətbu orqanlar bunu niyə gözardına vururlar?

Bütün bunlara baxmayaraq, cəmi bir həftə, on gün sonra Laçın şəhəri yenidən azadlığına qovuşacaq. Bu dəfə əbədi” – V. Bayramov qeyd edib.

 

 

Xəbər lenti

Çox oxunanlar