Xəzər Xəbər

ÜST rəhbərindən pandemiya ilə bağlı AÇIQLAMA

Cəmiyyət | 14:21 • 18 Avqust 2022
ÜST rəhbərindən pandemiya ilə bağlı AÇIQLAMA

Son dörd həftə ərzində COVID-19-dan ölüm halları əvvəlki ayla müqayisədə 35 faiz artıb. Təkcə son bir həftə ərzində 15 min insan koronavirusdan ölüb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus deyib.

“Bizim infeksiyanın qarşısını almaq və insanların həyatını xilas etmək üçün lazım olan bütün vasitələrə malik olduğumuzu nəzərə alaraq, bu, tamamilə qəbuledilməz göstəricidir”, - deyə ÜST rəhbəri bildirib.

Qebreyesus, həmçinin deyib: “Biz hamımız bu virusdan, pandemiyadan yorulmuşuq. Amma virus bizdən bezməyib. Virusun necə dəyişdiyini başa düşmək əhəmiyyətli dərəcədə çətin olur" 

 

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024