Xəzər Xəbər

"Qarabağ"ın oyununa biletləri baha qiymətə satmağa çalışan 22 nəfər müəyyənləşib

Cəmiyyət | 11:05 • 18 Avqust 2022
"Qarabağ"ın oyununa biletləri baha qiymətə satmağa çalışan 22 nəfər müəyyənləşib

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən daha 22 nəfər barəsində tədbirlər görülüb.

Bu barədə xezerxeber.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətdən satmağa çalışan şəxslərdən müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən 150 bilet aşkarlanaraq aidiyyat üzrə təhvil verilib.

Həmin şəxslərin hər biri barəsində inzibati qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub.

Qeyd edək ki, dünən Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və "Viktoriya" (Plzen) klubları qarşılaşıb.

Xəbər lenti

Çox oxunanlar