Xəzər Xəbər

Rusiya Ermənistana nota verdi

Bu barədə Rusiya mətbuatı məlumat yayıb
Cəmiyyət | 11:38 • 17 Avqust 2022
Rusiya Ermənistana nota verdi

Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) nota verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Notaya səbəb İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı Rusiyanın ittiham edilməsi olub.

Ermənistan mediası Rusiyanın dövlət strukturlarını ittiham edərək, hadisənin onlar tərəfindən törədildiyini iddia edib. Rusiya səfirliyi buna etiraz olaraq XİN-ə nota göndərib.

Qeyd edək ki, avqustun 14-də İrəvanda Surmalu” ticarət mərkəzində partlayış olub. Hadisə zamanı 16 nəfər ölüb, 62 nəfər də xəsarət alıb.

 

Xəbər lenti