Bu il birinci qrup üzrə müəyyən ixtisaslarda keçid balları artacaq.
Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
“Bu il I qrup üzrə 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə təxminən iki dəfə artıb. Bu da o deməkdir ki, ixtisaslarda keçid balları artacaq”, - deyə DİM sədri vurğulayıb.
Onun sözlərinə görə, I qrupda 10 785 yer dövlət sifarişlidir: "Bununla bərabər yüksək keçid balları dövlət sifarişli yerlərdə olacaq. I ixtisas qrupunda texnoloji yönlü ixtisasları üzrə keçid balları ənənəvi olaraq aşağıdır.
300 baldan yuxarı nəticə göstərmiş hər bir abituriyent dövlət sifarişli yerləri yaza bilər. Lakin abituriyentlər ötən ilki ballarla öz ballarını müqayisə etməlidirlər”.