Bakı metrosunun “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
“Qarabağ FK UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyası avqust ayının 17-si matçın başlanma vaxtı ərəfəsindən gücləndirilmiş iş rejiminə keçiriləcək”, - məlumatda deyilir.
Qeyd edək ki, avqustun 17-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” (Çexiya) oyunu keçiriləcək.