Xəzər Xəbər

Spirtli içki insan sağlamlığında ciddi problemlər yaradır

Cəmiyyət | 14:42 • 16 Avqust 2022
Spirtli içki insan sağlamlığında ciddi problemlər yaradır

Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl ölüm və əlilliyin mühüm risk faktorlarından biridir.

Xezerxeber.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, spirtli içki insan orqanizminə mənfi təsir edərək orqanların funksionallığını pozur. Nəticədə, sağlamlıqla bağlı ciddi problemlər yaranır.

Qəbul edilən alkoqolun həcmi ilə bəzi xərçəng növləri, qaraciyər və ürək-damar xəstəliklərinin əmələ gəlməsi riski arasında əlaqə var. Alkoqolun qəbulu ürəyin işemik xəstəliyi, beyin-damar və qaraciyər problemlərini inkişaf etdirir. Bu səbəbdən yaranan qaraciyərin piylənməsi, hepatit və sirroz ən geniş yayılan xəstəliklərdəndir.

Xəbər lenti

Çox oxunanlar