Xəzər Xəbər

Generaldan Qazaxın 7 kəndinin qaytarılması ilə bağlı MÜHÜM AÇIQLAMA

Qazaxın 7 kəndi ilə bağlı məsələ nə yerdədir?
Cəmiyyət | 14:28 • 16 Avqust 2022
Generaldan Qazaxın 7 kəndinin qaytarılması ilə bağlı MÜHÜM AÇIQLAMA

“Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərir”.

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək:

“Daha sonra isə bütün məsələlərdə olduğu kimi bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.

 

Xəbər lenti

Çox oxunanlar