Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinin nəticələri iştirakçıların şəxsi səhifəsinə göndərilib.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xezerxeber.az-a verilən xəbərə görə, müsabiqə üzrə ilk dəfə 202 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib.
Qeyd edək ki, İnsan Resursları Mərkəzi tərəfindən həyata keçirilmiş bu layihə insan resurslarının idarə edilməsində dünyada bir ilkdir. Layihə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron platforma vasitəsilə iş yerini qarşılıqlı olaraq dəyişdirmək imkanı verir.