Bu il reytinqli universitetlərin informasiya təhlükəsizliyi ixtisasına daha yüksək ixtisas balı formalaşacaq.
Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, informasiya təhlükəsizliyi ixtisasının keçid balı hüquq ixtisasından yüksək olacaq.
"10 il əvvəl kimsə desəydi ki, hüquq ixtisasının keçid balı informasiya təhlükəsizliyi ixtisasından aşağı olacaq, heç kim inanmazdı. Amma artıq bu, reallıqdır".