Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 518 yeni yoluxma faktı qeydə alınıb, 457 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 805 103 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 792 113 nəfər müalicə olunaraq sağalıb, 9 773 nəfər vəfat edib, aktiv xəstə sayı 3 217 nəfərdir.
Ölkədə son sutka ərzində 3 553 , hazırkı dövrədək isə 7 095 150 test aparılıb.