Son dövürlər ölkə ərazisində yoluxma sayında artımın müşahidə edilməsi ictimaiyyətdə, xüsusən də sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Vətəndaşları isə ən çox maraqlandıran sual yenidən qapanmaların və məhtudiyyətlərin tətbiq edilib-edilməyəcəyidir. Ekspertlər hesab edirlər ki, zərurət yaranacağı halda yenidən tədbirlər gücləndirilə bilər.
Müşahidələr göstərir ki, koronavirusa yoluxanlar xəstəliyi əvvəlkinə nisbətən daha yüngül keçirir. Kütləvi peyvəndləmə bu işdə özünü müsbət tərəfdən göstərib.
Mövzu ilə bağlı danışan həkim-infeksionist Mədinə Abdullayevanın sözlərinə görə, qapanma üçün yaranan əsas şərt xəstəxanaya yatışların artması və tibb müəsisələrinin yüklənməsidir.
Hazırda isə belə hal yaşanmadığı üçün qapanma gözlənilmir. Təbii ki, xəstəliyin gedişatında dəyişiklik olarsa qapanmaların tətbiqi istisna deyil.