İndi yay fəslidir və insanlar daha çox dənizə üz tuturlar.
Bəs, dəniz suyunun insanlara hansı faydaları var?
Rusiyalı həkim Yelena Malışeva duzlu dəniz suyunun bədən yaralarını tez sağaltdığını bildirib:
"Dəniz yosunları özündən qazabənzər yod sintez edir. Ona görə dənizdə çimmək gündəlik yod mikroelementini təmin edir.Yod bir çox sistemlər, qalxanvarivəz üçün vacibdir. Dənizdə olan duz suda olan bakteriyaları sürətlə sovurub zərərsizləşdirir. Dənizdə olmaq ağrılı, xəstə oynaqlar üçün də faydalıdır. Suda olmaq oynaqlara təzyiq yaratmır. Üzmək sümük-əzələ sistemini möhkəmlədir, osteartritin yaranmasının qarşısını alır, qan dövranını yaxşılaşdırır. Dəniz havası və suyu yata bilməyənlərə də çarədir. Sinir sistemini sakitləşdirir. Ona görə uşaqları da dənizə aparın".