Xəzər Xəbər

Alimlərdən elektron siqaret çəkənlərə XƏBƏRDARLIQ

Elektron siqaret çəkən kişilərdə bu xəstəlik yaranır
Cəmiyyət | 16:03 • 10 Avqust 2022
Alimlərdən elektron siqaret çəkənlərə XƏBƏRDARLIQ
Alimlər elektron siqaret çəkənlərə xəbərdarlıq edib.
 
ABŞ alimləri son vaxtlar elektron siqaretlər üzərində araşdırma aparıblar. Mütəxəssislər elektron siqaret çəkən kişilərin yataq performansında azalma olduğunu irəli sürüblər.

Araşdırmada elektron siqaretdən istifadə edən kişilərin bu cihazdan istifadə etməyən kişilərlə müqayisədə gümrahlıq riskinin iki dəfə azaldığı qənaətinə gəlinib. 20 yaşdan yuxarı 13500 kişinin qatıldığı araşdırmada elm adamları cinsi həyat və elektron siqaretlər arasındakı əlaqəyə diqqət yetiriblər. Bu cihazdan istifadə edənlərin istifadə etməyənlərə nisbətən 2,4 dəfə cinsi zəiflik problemi yaşadığı qeydə alınıb.
 
Qeyd edək ki, alimlər bu mövzuda araşdırmalarını davam etdirdiklərini bildirib. (azxeber)

Xəbər lenti

Çox oxunanlar