“Yeni birdəfəlik ödəmə ilə bağlı təminat proqramı azərbaycanlı Əfqanıstan müharibəsi veteranlarına şamil olunmayacaq”.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat” verilişində deyib.
“Əfqanıstana münasibətdə bu fərman əhatə olunmur. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almış və ya 1997-ci ilin avqustun 2-dək Azərbaycanda hərbi xidməti vəzifələrini yerinə yetirərkən əlillik qazanan şəxslərə birdəfəlik ödəmə verilir. Həmin dövrdə şəhid olan şəxslərin ailə üzvlərinə ödəmələrlə isə ödənib. Sözügedən proqram 2018-ci ildən icra olunur və proqram üzrə bütün ödənişlər tam şəkildə yerinə yetirilib”, - deyə o əlavə edib. (Qafqazinfo)