Xəzər Xəbər

Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Cəmiyyət | 16:14 • 14 İyun 2022
Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında və Mingəçevir su anbarında balıq ovlayan şəxslər saxlanılıb.

Xezerxeber.az-ın xəbərinə görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Fərhad Nəcəfov və Samux rayon sakini Saleh Verdiyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. 

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Bəhruz Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1660 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Xəbər lenti