Xəzər Xəbər

Həkim günəş vannası qəbul etməyin ən düzgün üsulunu açıqladı

Cəmiyyət | 15:32 • 14 İyun 2022
Həkim günəş vannası qəbul etməyin ən düzgün üsulunu açıqladı

“Azərbaycanda maarifləndirmə işi getmədiyi üçün günəş vannasının qəbulu qaydaları çox kobud formada pozulur. Nəticədə, güclü şəfa mənbəyi bəlaya çevrilir”.

Bunu tanınmış loğman Ərşad Əzimzadə deyib. O qeyd edib ki, günəş işığı yalnız səhər saat 9-dək və saat 18-dən sonra faydalı elementlərin daşıyıcısıdır:

“Qalan vaxtlarda günəş vannası qəbul etmək və gün altında qalmaq zərərlidir. Günəş vannasını ilk gündən çox qəbul etmək, dərini yandırmaq fəsad verir. Vannanı 10 dəqiqədən başlamaq lazımdır - 5 dəqiqə qabaq tərəf, 5 dəqiqə arxa tərəf. Sonrakı günlər hər tərəfin payını 1 dəqiqə uzadıb, bu minvalla vaxtı tədricən hər tərəf üçün 30 dəqiqəyə çatdırmaq vacibdir. Bundan sonra hər tərəfin vaxtını gündə 1 dəqiqə azaldaraq, 15 dəqiqəyə enmək lazımdır. Bu vaxt qalan bütün günlər üçün məqbuldur.Dərini həddən artıq çox qaraldanda bədən  günəşdən D vitamini qəbul etmək qabliyyətini itirir, orqanizm bu vacib elementi yalnız  qidalardan almalı olur. Qidalarda isə D vitamini çox cüzidir . Onun əsas mənbəyi günəşdir”.

Mütəxəssis bildirib ki,  bütün xəstəliklər payız-qış aylarında, məhz günəş enerjisi qıtlığı yarananda  baş qaldırır və xəstələrin çoxu bu vaxt dünyasını dəyişir:

“Hər bir qidanın faydası və dəyəri onun tərkibində olan günəş enerjisinin həcmindən asılıdır. Biz  qidaları bişirib, duza və ya şəkərə qoyub, uzun müddət suda  saxlayıb, onları günəş enerjisindən məhrum edirik. Bununla da, zərərli kütləyə çevirmiş oluruq.  Mümkün olan hər qidanı çiy şəkildə qəbul etməklə - orqanizmi zəruri elementlərlə təmin edə, xəstəliklərdən yan keçə bilərsiniz”./Sfera.az

Xəbər lenti